Faizlə pul vermək qanunla qadağandır? - Ali Məhkəmədən AÇIQLAMA
Faizlə borc verməyin qanunla qadağan edilib-edilməməsi həmişə maraqla qarşılanıb. Bu marağı nəzərə alaraq, mövzunu araşdırmışıq.
SAVASHMEDIA.az xəbər verir ki, faizlə borc vermək qanunla qadağan deyil, lakin bu fəaliyyətin davamlı və sistemli xarakter alması hüquqi risk yarada bilər.
Ali Məhkəmənin açıqlamasına görə, insanlar bir-birinə faizlə borc verə bilər. Amma müxtəlif şəxslərə davamlı şəkildə və qazanc məqsədilə faizlə pul vermək qanunsuz sahibkarlıq kimi qiymətləndirilə və hüquqi məsuliyyət yarada bilər.
Diqqətçəkən məqamlardan biri də budur ki, faizlə borc verən şəxs pulunu geri almaq üçün məhkəməyə müraciət etdikdə onun fəaliyyətinin qanuniliyi də araşdırıla bilər. Qanunsuz fəaliyyət müəyyən edilərsə, borcverən üçün əlavə hüquqi nəticələr yarana bilər.
Ali Məhkəmə faizlə borc münasibətlərinin yazılı müqavilə ilə rəsmiləşdirilməsini tövsiyə edir. Müqavilədə borcun məbləği, faiz dərəcəsi, hesablanma qaydası, qaytarılma müddəti və ödəniş şərtləri dəqiq göstərilməlidir. Pulun verilməsi və qaytarılması da bank köçürməsi, qəbz və digər sənədlərlə təsdiqlənməlidir.
Yəni bir nəfərə faizlə borc verməklə bunu müxtəlif şəxslərə davamlı şəkildə qazanc məqsədilə etmək eyni hüquqi hal deyil. Məhz fəaliyyətin sistemli xarakter daşıması əsas risklərdən biri hesab olunur.
Aytən