“Fənərbaxça”- “Olimpik Lion” oyunundan sonra DAVA DÜŞDÜ - TAM VİDEO
Ötən gün keçirilmiş "Fənərbaxça" - "Olimpik Lion" oyunundan sonra dava düşüb.
SAVASHMEDİA.az xəbər verir ki, fransız azarkeşlər "Fənərbaxça"nın fransalı futbolçusu Mateo Gündüzinin qələbə sevincini həzm edə bilməyiblər. Onlar meydança ilə tribunanı ayıran barmaqlıqları dağıtmağa və meydançaya əşyalar atmağa başlayıblar.
Qələbəni qeyd edən M.Gündüzi əvvəlcə "Olimpik Lion" azarkeşlərinin, sonra isə ehtiyat oyunçular skamyasındakı futbolçularının qəzəbinə tuş gəlib. Dava böyüyərək "Fənərbaxça"nın texniki heyətinə qədər çatıb.
Xatırladaq ki, "Fənərbaxça" Fransa təmsilçisini 2-1 (ümumi 3-2) hesabla məğlub edərək 18 ildən sonra Çempionlar Liqasına vəsiqə qazanıb.
Посмотреть эту публикацию в Instagram