Rusiyalı idmançı Bakıda ölümlə hədələnib - "Məncə, ukraynalılar idi, yazdılar ki..."

Rusiyalı qarışıq döyüş ustası İrina Alekseeva iyunun 21-də Bakıda keçirilən tarixi UFC turnirində çıxış etdikdən sonra ölümlə hədələnib.

Jul 1, 2025 - 09:31
Jul 1, 2025 - 09:32
Rusiyalı idmançı Bakıda ölümlə hədələnib - "Məncə, ukraynalılar idi, yazdılar ki..."

SAVASHMEDİA.az xəbər verior ki, idmançı hər şeyin polşalı Klaudia Sygula ilə döyüşə Rusiya bayrağı ilə çıxmasından sonra başladığını deyib.

Alekseevanın uduzduğu döyüşdən sonra sosial şəbəkələrdə, ehtimal ki, ukraynalılar tərəfindən təhdidlərə məruz qalıb.

"Onlar Ukraynaya məxsus səhifələrdə mənim ünvanımı, vergi identifikasiya nömrəmi və telefon nömrəmi yerləşdirdiklərini yazıblar. Onlar mənim həyatımı təhdid etdilər", - "Match TV" idmançının sözlərindən sitat gətirib. 

Alekseeva deyire ki, ona belə yazırdılar: "Ətrafa bax, maşına yaxınlaşma, skuter sürmə, sən bizim neçə nəfər olduğumuzu belə bilmirsən, biz sizin aranızdayıq. Baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməmişəm. Amma avtomobilimi idarə edən mən deyildim. Mən də onu idarə edən şəxsdən narahat idim. Özüm üçün narahat deyildim, çünki qismətdirsə, taledir, ondan qaça bilməzsən". 

Alekseyeva Azərbaycanda ona çox yaxşı münasibət göstərildiyini vurğulayıb.

"Mən Azərbaycanda bayıra çıxanda ətrafımdakılar, çox sevinirdilər. Azarkeşlər məni qarşıladılar - hansı bayrağı daşıdığıma əhəmiyyət vermədilər. Məğlubiyyətdən sonra hamı yanıma gəldi, şəkil çəkdirdi, məni qucaqladı, dəstəklədi. Azərbaycanlılardan da dəstək oldu, biz qonşuyuq. Baş verənlərə görə kimsə Azərbaycanı günahlandırsa, mən onlara deyirəm, onlar çox mehribandır”, - döyüşçü bildirib.

Səlcuq