SEPAH onun öldürüldüyünü təsdiqlədi

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran Silahlı Qüvvələri Baş Qərargahının xüsusi müfəttişi Əbülqasim Babayanın öldürüldüyünü təsdiqləyib.

Mar 15, 2026 - 00:13
SEPAH onun öldürüldüyünü təsdiqlədi

SAVASHMEDİA.az xəbər verir ki, açıqlama "Fars" xəbər agentliyi tərəfindən yayılıb.

Bəyanatda deyilir: "General Əbülqasim Babayan İsrail və ABŞ-ın zərbələri nəticəsində həlak olub. Ailəsinə və yoldaşlarına başsağlığı veririk".

Onun dəqiq ölüm tarixi açıqlanmır.

Babayan daha öncə İranın ali dini liderinin Hərbi Dəftərxanasının rəhbəri vəzifəsində çalışıb.

Aytən