Tatlısəs həbs olundu - Taksi sürücüsünü döyüb
Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin qardaşı həbs olunub.
SAVASHMEDİA.az-ın xəbərinə görə, məşhur müğənninin qardaşı Hüseyn Tatlısəs taksi sürücüsü ilə yaşadığı insidentə görə saxlanılıb.
Hər şey Hüseynin taksi qiymətlərinin bahalılığına narazılığından sonra başlayıb. Tərəflər arasındakı söz atışması sonradan əlbəyaxa davaya çevrilib.
Hüseynin yumruqla yerə yıxdığı taksi sürücüsünün dostları isə onu təpik və yumruqlarla döyməyə başlayıb. Nəticədə Hüseyn Tatlısəsin ayağı qırılıb. Taksi sürücüsü isə beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Daha sonra isə Hüseyin saxlanılıb və baş vermiş hadisə ilə bağlı istintaq aparılır.
Yağmur