TƏBİB-dən Ramiz Mehdiyevin halının pisləşməsi xəbəri ilə bağlı AÇIQLAMA
Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin ötən gün axşam saatlarında halının qəfil pisləşdiyi iddia olunur.
SAVASHMEDİA.az xəbər verir ki, yayılmış məlumatda onun üstünə həkim çağırıldığı, müayinə zamanı Mehdiyevin gərginlik və stress səbəbindən əsəb sisteminin pozulduğu, qan təzyiqinin həddindən artıq yüksəldiyi bildirilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) isə iddianı təkzib edib.
Qurumdan ötən gün Ramiz Mehdiyevin səhhətinin pisləşməsi ilə bağlı dövlət tibb müəssisələrinə heç bir şikayətin daxil olmadığı bildirilib.
Aytən İbrahimova