Tramp İnfantinonun müdafiəsinə qalxdı
ABŞ Prezidenti Donald Tramp Canni İnfantinonun Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti vəzifəsindən uzaqlaşdırılmasının səhv addım olacağını bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp “Truth Social” sosial şəbəkəsində FIFA rəhbərinin fəaliyyətini yüksək qiymətləndirib.
“FIFA hansısa səbəbdən prezidenti Canni İnfantinonu dəyişdirməyi düşünsə, dəhşətli səhvə yol verər. O, möhtəşəmdir. İnfantino əvvəlkilərdən dörd dəfə daha uğurlu olan dünya çempionatına rəhbərlik etdi”, - ABŞ Prezidenti bildirib.
Trampın sözlərinə görə, İnfantino vəzifəsindən getsə, gələcək dünya çempionatlarının eyni dərəcədə uğurlu və gəlirli olması mümkün olmayacaq.
Daha əvvəl “New York Post” Trampın İnfantinonu BMT-nin növbəti Baş katibi kimi görmək istədiyini yazmışdı. Nəşr FIFA rəhbərinin ABŞ, Meksika və Kanadada keçirilən 2026-cı il dünya çempionatı zamanı Trampa daha da yaxınlaşdığını bildirmişdi.
İnfantino son dövrlərdə dünya çempionatına dair hüquqların bir hissəsinin özəl investorlara satılması təşəbbüsünə görə tənqidlərlə üzləşib. FIFA rəhbəri daha sonra bu ideyadan imtina edib.