“Ukraynanı İttifaqımıza qəbul edək” - Avropa Komissiyasının prezidenti

“Avropa Komissiyası 2025-ci ildə Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasına dair danışıqlarda bütün danışıqlar klasterlərini açmağa çalışır”.

May 7, 2025 - 13:30
“Ukraynanı İttifaqımıza qəbul edək” - Avropa Komissiyasının prezidenti

SAVASHMEDİA.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında çıxış edərkən deyib. 

Bütün klasterlərin 2025-ci ildə açılacağına ümid etdiyini virğulayan Ursula fon der Lyayen əlavə edib ki, Avropa tarixində sülh və Avropaya inteqrasiya həmişə yan-yana gedib.

"Ona görə də gəlin Ukraynanı İttifaqımıza qəbul edək. Gəlin birlikdə sülh yolu ilə gedək. Ukraynaya eşq olsun və yaşasın Avropa!” – deyə Avropa Komissiyasının prezidenti bildirib.

Xatırladaq ki, Ukrayna rəhbərliyi və Avropa Komissiyasının 2025-ci ildə üzvlük danışıqlarının sürəti ilə bağlı iddialı planları var idi, lakin Macarıstanın veto hüququ buna mane oldu. 

Xatirə SADİQ