Universitetlərə qəbul nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ
Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinin açıqlanacağı vaxtı konkret söyləmək mümkün deyil.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ali təhsil müəssisələrinə yerləşdirmə prosesi başa çatdıqdan dərhal sonra nəticələr elan olunur.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyent və subbakalavrlar üçün ixtisas seçimi avqustun 19-u saat 23:59-da başa çatıb.
Aytən