Paşinyandan Rusiyaya GÖZLƏNİLMƏZ TƏKLİF - “Dəmir yolunu başqa ölkəyə verin”

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya ölkəsinin dəmir yollarının idarə olunması ilə bağlı gözlənilməz təklif edib.

Aug 24, 2026 - 14:01
Paşinyandan Rusiyaya GÖZLƏNİLMƏZ TƏKLİF - “Dəmir yolunu başqa ölkəyə verin”

SAVASHMEDİA.az xəbər verir ki, Paşinyan parlamentdə çıxışı zamanı Rusiyadan Ermənistan dəmir yolunu idarə etmək hüququnu Ermənistan və Rusiya üçün məqbul olan üçüncü ölkəyə verməsini istəyib.

Paşinyanın sözlərinə görə, dəmir yolunun hazırda Rusiya tərəfindən idarə olunması Ermənistanın beynəlxalq dəmir yolu şəbəkələrinə qoşulmaq imkanını məhdudlaşdırır.

Qeyd edək ki, dəmir yolu Ermənistan dövlətinin mülkiyyətindədir. Lakin onun idarə olunması Rusiyanın “Rusiya Dəmir Yolları” şirkətinin törəməsi olan “Cənubi Qafqaz Dəmir Yolu”na verilib.

Paşinyan bildirib ki, Ermənistan bu fürsəti itirmək istəmir və Rusiyadan məsələ ilə bağlı “çeviklik göstərməsini” arzulayır.

Daha əvvəl mümkün üçüncü ölkələr arasında Qazaxıstan, BƏƏ və Qətərin adları çəkilmişdi.

Səlcuq