"ABŞ Ukraynanın müttəfiqi deyil" - Kuleba

“Kiyev Vaşinqtonla tərəfdaş kimi əməkdaşlıq edir, ABŞ-ni Ukraynanın müttəfiqi adlandırmaq şişirtmədir”.

Nov 27, 2025 - 15:07
"ABŞ Ukraynanın müttəfiqi deyil" - Kuleba

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.

“Ukrayna Amerika Birləşmiş Ştatları ilə tərəfdaş kimi işləyir, ABŞ müttəfiq olmaqdan çox uzaqdır. Ukrayna ABŞ ilə tərəfdaşlıqda başqa heç kimin malik olmadığı müəyyən unikal imkanlara malikdir. Amma ABŞ-ni hazırkı mərhələdə müttəfiq adlandırmaq şişirtmə olardı”, - keçmiş xarici işlər naziri bildirib.

Aytən