AKP-nin Ərdoğandan sonrakı 4 namizədi, biri kürəkənidir... - Abdulkadir Selvidən AÇIQLAMA
Türkiyə iqtidarına yaxın jurnalist, “Hürriyet”qəzetinin köşə yazarı Abdulkadir Selvi “Ərdoğandan sonrakı dövr” üçün müzakirə olunan adları açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, A. Selvi Ərdoğandan sonra prezidentin yenə də Ərdoğan olacağını bildirib:
“AKP qurulduğu gündən bəri onu hakimiyyətə gətirən bir liderdən başqasını niyə seçsin? AKP 23 ildir, hakimiyyətdədir. Sıralarından 2 prezident, 4 Baş nazir çıxarıb. Ərdoğan çevriliş planını pozdu. İnanıram ki, Ərdoğan gələn seçkilərdə də qalib gəlib prezident olacaq. Üçüncü Dünya müharibəsinin müzakirə edildiyi bir vaxtda Ərdoğan kimi təcrübəli siyasətçi və dövlət xadiminə sahib olmaq Türkiyə üçün şansdır. Ölkəmizi ondan başqa kimə təslim edəcəyik? Bizi Qərbə şikayət edən Özgür Özeləmi, yoxsa yerli Zelenski Əkrəm İmamoğlunamı?”
A.Selvi Ərdoğandan başqa prezident ola biləcək 4 nəfərin də adını çəkib:
“Xarici işlər naziri Hakan Fidan, MİT rəhbəri İbrahim Kalın, Ərdoğanın oğlu Bilal Ərdoğan və Ərdoğanın kürəkəni Selçuk Bayraktar”.
Banu