Ankarada qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - Sağ qalan varmı?
Ankara yaxınlığında Esenboğa Hava Limanından havaya qalxdıqdan sonra qəzaya uğrayan Falcon 50 tipli xüsusi təyyarənin qalıqları aşkar edilib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, təyyarədə olanların sağlıq durumu ilə bağlı heç bir məlumat verilməyib.
Xatırladaq ki, qəzaya uğrayan təyyarənin göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad və onun 5 nəfərlik nümayəndə heyəti olub. Uçuş heyətinin tərkibində 2 pilot və 1 bort bələdçisi olub.
Məhəmməd Əli ƏhmƏd Əl-Həddad bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
Oğuz