"Ayaqda qalmağın başqa yolunu görmürəm" - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın dondurulmuş Rusiya aktivləri olmadan mübarizəni davam etdirə bilməyəcəyini bildirib.

Dec 16, 2025 - 23:56
"Ayaqda qalmağın başqa yolunu görmürəm" - Zelenski

SAVASHMEDİA.az xəbər verir ki, Zelenski bu barədə “Sky News“a müsahibəsi zamanı danışıb.

O, Kiyevin maliyyə ehtiyaclarını təkbaşına ödəyə bilmədiyini və xarici dəstəyə ehtiyac duyduğunu vurğulayıb.

"Bu dəstək olmadan ayaqda qalmağın heç bir yolunu görmürəm", - Zelenski bildirib.

Aytən