Azərbaycanda ödənişli hərbi xidmət olacaq? – Xidmət rəisindən AÇIQLAMA

“Hərbi xidmət müddətinin aşağı salınması məsələsi ilk növbədə silahlı birləşmələrlə razılaşdırılmalıdır, çünki hərbi bilikləri onlar öyrədir”.

Jun 27, 2026 - 12:12
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? – Xidmət rəisindən AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov APA və REAL TV-yə müsahibəsində deyib.

General həqiqi hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmətin tətbiqi ilə bağlı suallara aydınlıq gətirib: “Daha qısa zamanda hərbi biliklərə yiyələnməsi mümkün olduğu halda bu məsələ müzakirə oluna bilər. Hazırda bu məsələ müzakirə mövzusu deyil. Ödənişli hərbi xidmətin də tətbiqi bu gün gündəlikdə yoxdur”.