Bakı və Abşeron yarımadası üçün HAVA XƏBƏRDARLIĞI

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Aug 9, 2026 - 17:45
Bakı və Abşeron yarımadası üçün HAVA XƏBƏRDARLIĞI

SAVASHMEDİA.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Cəbrayıl, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Qusarda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.