Braziliya klubu Pedronu istəyir   - "Qarabağ" niyə razılaşmadı?

“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyo Braziliya klubunun maraq dairəsinə düşüb.

Dec 12, 2025 - 16:19
Dec 12, 2025 - 16:20
Braziliya klubu Pedronu istəyir   - "Qarabağ" niyə razılaşmadı?

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Braziliyanın fogaonet.com saytı "GE" nəşrinə istinadən məlumat yayıb.

Söhbət A seriyası təmsilçisi olan məşhur "Botafoqo" klubundan gedir.

Məlumata görə, Rio-de-Janeyro təmsilçisi bununla bağlı Ağdam klubuna təklif də irəli sürüb. Amma "Qarabağ" braziliyalıların ilk təklifini rədd edib. "Botafoqo" futbolçunu icarəyə götürmək və müəyyən şərtlər yerinə yetiriləcəyi halda satınalma öhdəliyinin işə düşəcəyi variantı irəli sürüb. Lakin bu da “Qarabağ”ı qane etməyib.

Mənbənin məlumatına əsasən, Azərbaycan çempionu danışıqlarda dərhal ödəniş tələb edir və yalnız bu halda transferə razılıq verməyə hazırdır.

Bildirilir ki, "Botafoqo" 24 yaşlı yarımmüdafiəçini heyətinə qatmaqda israrlıdır və 2026-cı il mövsümü üçün Bikalyo ilə bağlı yeni təklif hazırlayır.

Aytən