Ucarda canavar sürüsü kəndə hücum çəkdi

Ucarda vəhşi heyvanlar kəndə hücum edib.

Dec 12, 2025 - 15:37
Ucarda canavar sürüsü kəndə hücum çəkdi

SAVASHMEDİA.az xəbər verir ki, hadisə gündüz saatlarında rayonun Alpout kəndində baş verib. Kənd sakini Şamil Hüseynovun fərdi təsərrüfatına sürü halında hücum edən canavarlar 6 baş qoyunu parçalayıb.

Ev sahibinin dediyinə görə, ona təxminən 2500 manat maddi ziyan dəyib.

Sakinlər bu cür halların son vaxtlar tez-tez baş verdiyini, qarşısını ala bilmədiklərini bildiriblər.

Aytən