"Bu gecə İran sivilizasiyası məhv ediləcək" - Tramp dəhşət vəd etdi

ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni açıqlama verib.

Apr 7, 2026 - 16:36
Apr 7, 2026 - 16:38
"Bu gecə İran sivilizasiyası məhv ediləcək" - Tramp dəhşət vəd etdi

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ Prezidenti İranın bu gecə məhv ediləcəyini bildirib.

“Bu gecə bütöv bir sivilizasiya məhv olacaq və onu bir daha geri qaytarmaq mümkün olmayacaq. Mən bunun baş verməsini istəmirəm, lakin çox güman ki, belə olacaq. Bununla belə, indi tam və qəti rejim dəyişikliyi baş verdiyi, fərqli, daha ağıllı və daha az radikallaşmış qüvvələr üstünlük qazandığı üçün, bəlkə də inqilabi dərəcədə müsbət bir hadisə baş verə bilər — Kim bilir?

Bunu bu gecə görəcəyik. Bu, dünyanın uzun və mürəkkəb tarixində ən mühüm məqamlardan biri olacaq. 47 illik təzyiq, korrupsiya və ölüm, nəhayət, sona çatacaq. Tanrı böyük İran xalqını qorusun!”, – Tramp qeyd edib.

Xatırladaq ki, Donald Tramp Hörmüz boğazının açılması üçün İrana əvvəlcə 48 saat, ötən gün isə müddəti uzadaraq daha bir gün vaxt verib. Trampın verdiyi müddət bu axşam bitir.

Banu