Hakimə barmaq silkələyən Messinin "dodaqları oxundu" - "Hörmətsizlik eləmə..." + VİDEO
2026-cı il Dünya Çempionatının 1/4 finalı çərçivəsində keçirilən Argentina - İsveçrə oyununda Lionel Messinin baş hakim Joao Pinyeyro ilə yaşadığı gərgin dialoq matçın ən çox müzakirə olunan məqamlarından olub.
SAVASHMEDİA.az xəbər verir ki, həmin görüntülərdən sonra xarici media Messinin hakimə dediyi sözləri dodaq oxunuşu əsasında "tərcümə edib".
Məlumata görə, Argentina millisinin kapitanı hakimə bunları deyib:
"Mənimlə düzgün danış. Hörmətsizlik etmə. Mənimlə nəzakətli ol. Çünki mən səninlə hörmətlə danışıram".
Mübahisə İsveçrə millisinin cərimə zərbəsinə hazırlaşdığı vaxt baş verib. Baş hakim Joao Pinyeyro argentinalı futbolçulardan ibarət "divar"ın qaydalara uyğun məsafəyə çəkilməsini tələb edib. Messi isə referinin bunu kobud tərzdə dediyini düşünərək etirazını bildirib.
Mübahisəyə baxmayaraq, hakim argentinalı ulduza sarı vərəqə göstərməyib və oyun davam etdirilib.
Qeyd edək ki, Argentina əlavə vaxtda İsveçrəni 3:1 hesabı ilə məğlub edərək Dünya Çempionatının yarımfinalına yüksəlib. Messi qol vurmasa da, məhsuldar ötürmə ilə komandasının qələbəsinə töhfə verib və mundiallar tarixində məhsuldar ötürmələrin sayına görə yeni rekorda imza atıb.
Oğuz
Посмотреть эту публикацию в Instagram