İran - Misir oyununda LGBT gərginliyi - Futbolçular meydanı tərk edəcək?

2026-cı il Dünya Çempionatının qrup mərgələsində İran və Misir millilərinin oyunu ətrafında yayılan iddialar gündəm olub.

Jun 27, 2026 - 00:48
İran - Misir oyununda LGBT gərginliyi - Futbolçular meydanı tərk edəcək?

SAVASHMEDİA.az xəbər verir ki, sosial şəbəkələrdə İran və Misir futbolçularının matç zamanı LGBT simvolları nümayiş etdiriləcəyi təqdirdə meydanı tərk edəcəyi ilə bağlı iddialar yayılıb.

Lakin bu məlumatı təsdiqləyən heç bir rəsmi açıqlama yoxdur.

İran və Misir futbol federasiyaları qarşılaşmanın keçiriləcəyi Seattle şəhərində oyunun "Pride Match" kimi təqdim olunmasına etiraz etsələr də, FIFA stadiona göyqurşağı bayraqları və digər LGBT simvollarının gətirilməsinə icazə veriləcəyini açıqlayıb.

Hər iki komandanın nümayəndələri isə buna etiraz edərək, diqqətin yalnız futbola yönəldilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, DÇ-2026-nın G qrupunun III turu çərçivəsində keçiriləcək İran – Misir oyunu iyunun 27-də baş tutacaq.

Oğuz