“Kurtlar Vadisi”nin əfsanəsi serialdan niyə ayrıldığını açıqladı - "Onlara dedim ki..."
“Kurtlar Vadisi”nin əfsanəvi aktyorlarından olan Selçuk Yöntem serialdan niyə ayrıldığını açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb ustad aktyorun serialın gənclərə mənfi təsir göstərdiyini düşünməsidir.
““Kurtlar Vadisi” gənclərə mənfi örnək olurdu. Serialda hamı bir-birini öldürürdü və heç kimə heç nə olmurdu, ona görə də gənclərdə “mən də bunu edə bilərəm” fikri yaranmağa başlamışdı. Mən bu hallara reaksiya verərək serialdan ayrıldım” – S.Yöntem bildirib.
“Kurtlar Vadisi”nin çox güclü ssenarisi və aktyor heyəti olduğunu deyən S. Yöntem həmin vaxt da cinayətkarların cəzasız qalmasına etiraz etdiyini diqqətə çatdırıb:
“Dövlətin, mafiyanın və pul baronlarının perspektivlərini izləyiciyə çatdırdıq. Hər kəs rolunun haqqını verirdi. Amma mən o vaxt demişdim ki, hər şey çox tez baş verir, insanlar öldürülür. Polis isə ortada yoxdur. Cinayət törədənlər cəzalandırılmalıdır”.
Fotoda Selçuk Yöntem
Ustad aktyor çəkildiyi film və seriallardan ilk üçlüyə “Aşkı Memnu”, “Kurtlar Vadisi” və “Üzgünüm Leyla” seriallarını layiq görüb.
Xatırladaq ki, Selçuk Yöntem “Kurtlar Vadisi” serialında “Aslan Akbey” (Abbas Ustaoğlu, Aslan amca) obrazını canlandırıb. İlk bölümdən rol alan ustad aktyor 55-ci bölümdə serialdan ayrılıb.
Banu