Nazir işdən çıxardığı rəisin otağında nə görübmüş? - Toğrul Səmədov buna görə qovulub

İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun ikinci oğlu Toğrul Səmədov da vəzifəsindən uzaqlaşdırılıb. 

Oct 27, 2025 - 14:02
Oct 27, 2025 - 14:52
Nazir işdən çıxardığı rəisin otağında nə görübmüş? - Toğrul Səmədov buna görə qovulub

Beş ay əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilən Saleh Səmədovun oğlunun  işdən çıxarılma səbəbi bilinıb.

SAVASHMEDİA.az xəbər verir ki, Oxu24.com məsələ ilə bağlı  özəl məlumatlar əldə edib. Məlumata görə, Şabranda yerləşən 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi  Toğrul Səmədovla  bağlı  qərarı  şəxsən ədliyyə naziri Fərid Əhmədov özü  verib.

Bildirilir ki, ədliyyə naziri Fərid Əhmədov cəzaçəkmə müəssisələrinə baş çəkən zaman qarşılaşdığı  mənzərədən sonra bu addımı atıb. Belə ki, Toğrul Səmədov iş yerində özü üçün xüsusi dəbdəbəli malikanə  yaradıbmış. Tikintidə xüsusilə bahalı materiallardan istifadə olunduğu  deyilir. 

“Toğrul Səmədovun otağındakı mebellər xaricdən baha qiymətə alınmışdı”,deyə mənbə  bildirib.

Məlumata görə, ədliyyə naziri Fərid Əhmədov bu mənzərəni gördükdən sonra Toğrul  Səmədovun  fəaliyyətini yoxlamağa tapşırıq verib. Yoxlamalar  nəticəsində rəisin işində ciddi nöqsanlar aşkarlanıb. Bununla da Saleh Səmədovun ikinci oğlu da rəis vəzifəsini itirib. Toğrul Səmədov Ədliyyə sistemindən də xaric olunub.

"Onu sərəncama götürməyiblər, ümumiyyətlə Əsliyyə sistemindən xaric ediblər",-deyə mənbə bildirib.

Qeyd edək ki, Saleh Səmədovun digər oğlu Kamran Səmədov  bir müddət əvvəl  İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsini itirmişdi.

Fotoda ədliyyə naziri Fərid Əhmədov