"Qarabağ"ı FİFA-ya öz futbolçusu şikayət edib? - Klubdan TƏCİLİ AÇIQLAMA

FIFA Azərbaycanın ən titullu klublarından olan "Qarabağ"la bağlı sərt qərar qəbul edib.

May 9, 2026 - 19:35
May 9, 2026 - 19:41
"Qarabağ"ı FİFA-ya öz futbolçusu şikayət edib? - Klubdan TƏCİLİ AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, qurum tərəfindən “Qarabağ”a transfer qadağası tətbiq olunub və ağdamlılar qarşıdakı üç transfer pəncərəsində yeni futbolçu sifariş edə bilməyəcəklər.

Qadağanın hansı səbəbdən tətbiq edildiyi hələlik rəsmən açıqlanmayıb. İddialara görə, məsələ klubdan ayrılmış futbolçulardan birinin şikayəti ilə bağlı ola bilər. Belə hallarda ödəniş gecikməsi yaşanarsa, FIFA-nın sistemi klubu avtomatik “qırmızı siyahı”ya salır və transfer məhdudiyyəti tətbiq edilir.

Yayılan xəbərlərə reaksiya verən "Qarabağ" FK isə açıqlamasında problemin araşdırıldığını bildirib:

“Biz məsələni dəqiqləşdirəcəyik. Hazırda heç bir futbolçuya borcumuz yoxdur. Ola bilər ki, texniki anlaşılmazlıq yaşanıb. İndiyədək klubumuz belə problemlə üzləşməyib”.

Xatırladaq ki, daha əvvəl "Neftçi" də oxşar transfer qadağası ilə üzləşmiş, lakin sonradan qadağa ləğv olunmuşdu.

Oğuz