Putinin şəhərində Putinə qarşı... - Düşməni paradda göründü + VİDEO
Rusiyanın ləğv edilmiş Vaqner özəl hərbi şirkətinin (PMC) döyüşçüləri parad günü “Ölümsüz Alay” yürüşündə iştirak ediblər.
SAVASHMEDİA.az xəbər verir ki, Böyük Vətən Müharibəsində ölən yaxınlarının xatirəsini yad etmək üçün vətəndaşlar Rusiya prezidentinin doğulduğu Sankt-Peterburqda parad tədbirləri çərçivəsində “Ölümsüz Alay” yürüşü həyata keçiriblər.
Onların sırasında “Vaqner” silahlı birləşməsinin sabiq döyüşçüləri olub. Maraqlı olan odur ki, döyüşçülər Vaqner formasında olublar və mərhum rəhbərləri Yevgeni Priqojinin portreti ilə yürüş ediblər.
Qeyd edək ki, "Ölümsüz Alay" (Бессмертный полк) yürüşü İkinci Dünya Müharibəsində (Böyük Vətən Müharibəsi) həlak olanların, müharibə iştirakçılarının və veteranların xatirəsini anmaq üçün hər il 9 May - Qələbə Günündə keçirilən ictimai aksiyadır.
Xatırladaq ki, Vaqner özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin əvvəllər Rusiya Prezidenti Vladimir Putin ilə çox yaxın əlaqələrə malik olub. Onu “Putinin aşpazı” da adlandırıblar.
Rusiya Müdafiə Nazirliyinin tenderlərini qazanan Priqojinin hərbiyə keçidi də belə baş tutub. “Vaqner” Priqojinin rəhbərliyi altında Ukrayna müharibəsində fəal iştirak edib. Müharibənin başladığı ilk vaxtlarda Priqojin Rusiya həbsxanalarını ziyarət edərək məhbusları döyüşmək üçün “Vaqner”ə cəlb edib.
2023-cü ilin may ayında Priqojin “Vaqner” döyüşçülərinin Ukraynanın Baxmut şəhərini ələ keçirdiyini elan edib. Lakin 2023-cü ilin iyun ayından Priqojinin həmin vaxt Rusiyanın müdafiə naziri olan Sergey Şoyqu ilə münasibətləri pisləşib. Nəticədə, Priqojin əvvəlcə Müdafiə Nazirliyinə, sonra isə Rusiya prezidentinə qarşı üsyan qaldırıb. Rostov Don şəhərini ələ keçirdikdən sonra Moskvaya yürüş etməyi planlaşdırıb.
Gərginliyi azaltmaq üçün Belarus Prezidenti Aleksandr Lukaşenko vasitəçi olub. Lukaşenko ilə danışıqlardan sonra 27 iyunda Priqojin Moskvaya yürüş planından vaz keçib. Üsyanın başlamasından 2 ay sonra- 23 avqust 2023-cü ildə Yevgeni Priqojin Tver bölgəsində müəmmalı təyyarə qəzasında həlak olub.
Banu
Посмотреть эту публикацию в Instagram