"Qulağında yara var, yerə yıxılanda..." - Şahid Müctəbanın vurulma anından DANIŞDI

“Bomdardman zamanı ofisdə idik. Müctəba Xamenei yaralandı”.

May 9, 2026 - 15:49
"Qulağında yara var, yerə yıxılanda..." - Şahid Müctəbanın vurulma anından DANIŞDI

SAVASHMEDİA.az xəbər verir ki, bunu İranın Ali Rəhbər ofisinin protokol rəhbəri Mazaher Hüseyni bildirib.

İran rəsmisi ABŞ, İsrail-İran müharibəsinin ilk günü ilə bağlı yeni detalları açıqlayıb. O qeyd edib ki, həmin gün Müctəba Xamenei ilə birlikdə ofisdə olub:

Əvvəlcə bizim ofisdən təxminən 30 metr uzaqda yerləşən general Şirazi və həmkarlarının olduğu yer vuruldu. Sonra bizdən 70-80 metr uzaqda olan Əli Xameneinin olduğu ərazi hədəf alındı. Daha sonra bizim məkanı vurdular. Raket və hava hücumları zamanı içəridə bir neçə nəfər idik. Əli Xamenei də çox vaxt Müctəba Xameneinin adətən dərs keçdiyi yerdə olurdu. Lakin həmin gün orada deyildi. Oranı davamlı hədəf aldılar. Yerlə-yeksan etdilər”.

Hüseyni M.Xameneinin yaralanması ilə bağlı yayılmış məlumatlara da aydınlıq gətirib:

“Hücum nəticəsində Müctəba Xamenei müvazinətini itirərək yerə yıxıldı. Bel və ayaq nahiyəsindən yüngül xəsarətlər aldı. Lakin qısa müddətdə özünü toplaya bildi. Hazırda səhhəti yaxşıdır və tam sağalmaqdadır. Onun alnından və üzündən yaralandığı ilə bağlı yayılan iddiaların hamısı əsassızdır. Yalnız qulağının arxa hissəsində kiçik yara yaranıb. Bundan başqa, ciddi xəsarət yoxdur”.

İran rəsmisi M.Xameneinin xalqın arasına çıxmamasına səbəb kimi təhlükəsizlik məsələlərini göstərib:

“Düşmən onun səsini və görüntüsünü əldə edərək fərqli məqsədlər üçün istifadə edə bilər. Buna görə də hələ ki ictimaiyyət arasına çıxmır. Vaxt çatanda özü birbaşa xalqa müraciət edəcək. İddiaların əksinə, səhhəti tam qaydasındadır. İradəsi və xalqa rəhbərlik etmək gücü tam yerindədir”.

Banu