Ronaldo ilə Corcinanın evlilik müqaviləsinin detalları, boşansa... - ŞOK MƏBLƏĞ

Dünyaca məşhur futbolçu Kristiano Ronaldo 9 ildir birlikdə olduğu sevgilisi, iki qızının anası Corcina Rodriqezə evlilik təklif edib.

Aug 22, 2025 - 14:44
Ronaldo ilə Corcinanın evlilik müqaviləsinin detalları, boşansa... - ŞOK MƏBLƏĞ

SAVASHMEDİA.az xəbər verir ki, bunu Corcina Rodriqez özü sosial media hesabından üzüyünün şəklini paylaşaraq “Hə dedim” başlığını yazdığı statusla elan edib. 

Mütəxəssislər brilyant qaşının böyüklüyü ilə diqqət çəkən üzüyün qiymətinin təxminən 5 milyon dollar olduğunu bildiriblər. 

Sosial şəbəkələrdə üzüyün qiyməti ilə bağlı müzakirələrin getdiyi vaxtda Ronaldonun Corcina ilə bağladığı evlilik müqaviləsi gündəm olub. 

Portuqaliya mətbuatının yazdığına görə,  futbolçu Corcina ilə nikahdan əvvəl əmlak bölgüsü və aliment şərtlərini əks etdirən müqavilə imzalayıb.

Müqaviləyə görə, Ronaldonun Corcinaya vəd etdikləri:

•    Hər ay 121 min dollar müavinət
•    5,6 milyon dollar dəyərində daşınmaz əmlak
•    Hər ay 110 min dollar pensiya (ömürlük)
•    Ayda 500 min dollar (uşaqlar üçün)
•    Şəxsi qulluq üçün ildə 2 milyon dollar
•    2 lüks avtomobil
•    İldə 2 dəfə səyahət
•    Boşanma halında 50 milyon dollar təzminat  

Qeyd edək ki, Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda oynayır. Onun illik maaşı 230 milyon dollardır. Reklamlara çəkilən və şəxsi biznesi olan futbolçunun ümumi sərvətinin təxminən 671 milyon dollar olduğu qeyd edilir.

Futbolçunun 5 övladı var. Onlardan Alana Martina və Bella Esmeraldanın anası Corcina Rodriqezdir.

Banu