Varşava İsrailə etiraz etdi
Polşanın Xarici İşlər Nazirliyi (XİN) İordan çayının qərb sahilində qəsəbə tikilməsi planlarının qəti əleyhinədir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə RMF24 məlumat yayıb.
XİN qeyd edib ki, Polşa “1967-ci il sərhədləri daxilində İsrail və Fələstinin dinc yanaşı yaşamasını nəzərdə tutan” ikitərəfli həll yolunu dəstəkləyir.
“Biz İordan çayının qərb sahilinin E1 rayonunda yeni yəhudi qəsəbələrinin inşa edilməsi planlarına qarşı qəti şəkildə çıxış edirik. İsrail hökumətinin 20 avqust 2025-ci il çərşənbə günü qəbul etdiyi qərar beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”, - deyə Polşa XİN vurğulayıb.
Polşanın xarici siyasət idarəsi İsraili İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşma hərəkatına dəstəyi dayandırmağa çağırıb: “Biz bu kontekstdə Fələstin sakinlərinə qarşı bütün təcavüz aktlarını pisləyirik".
XİN həmçinin xəbərdarlıq edib ki, bu addımlara birgə cavab verməklə bağlı Aİ diplomatları və avropalı tərəfdaşlarla əlaqə saxlayır.
E1 məskunlaşma layihəsi İordan çayının qərb sahilini böləcək və Şərqi Qüdslə əlaqəsini kəsəcək.
İsrail 2012 və 2020-ci illərdə ABŞ, Avropa müttəfiqləri və digər ölkələrin etirazlarına görə layihəni dondurdu. Lakin getdikcə daha çox ölkənin Fələstini tanımağa çalışdığını görən İsrail avqustun ortalarında layihəni bərpa etdiyini açıqladı.
Xatirə SADİQ