Rusiyadakı azərbaycanlılara RƏSMİ HÜCUM - "Onlar bizə lazım deyil, getsinlər"

Rusiya hökumətində miqrantlara qarşı sərt münasibət daha açıq şəkildə ifadə olunmağa başlayıb. 

Sep 17, 2025 - 21:23
Rusiyadakı azərbaycanlılara RƏSMİ HÜCUM - "Onlar bizə lazım deyil, getsinlər"

SAVASHMEDİA.az musavat.com-a istinadla xəbər verir ki, bu dəfə ölkənin iqtisadi inkişaf naziri Maksim Reşetnikov çıxışı zamanı miqrantların ailələri və uşaqları ilə bağlı sərt ifadələr işlədib.

Nazir bildirib ki, Rusiyanın əsas məqsədi əmək qüvvəsini cəlb etməkdir, lakin onların ölkədə ailə qurması və uşaqlarını təhsil sisteminə daxil etməsi dövlətin maraqlarına uyğun deyil:

“Rusiyaya miqrant ailələri lazım deyil və onların uşaqlarını oxutmaq da bizim borcumuz deyil. Hər şey ədalətli olmalıdır — gəldilər, qazandılar və getdilər, belə olmalıdır”.

Maksim Reşetnikov

Reşetnikovun sözlərinə görə, bu yanaşma “ədalətli” hesab olunmalıdır və miqrantlar yalnız müvəqqəti işçi qüvvəsi kimi qəbul edilməlidir. Onun çıxışı ictimaiyyətdə ciddi rezonans doğurub və Rusiyanın miqrasiya siyasətində kurs dəyişikliyi kimi dəyərləndirilib.

Nazirin bu açıqlamasına Kremlə yaxın şəxslərdən biri, Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müşaviri Kirill Kabanov da dəstək verib. 

O, sosial şəbəkələrdə yazaraq, “gəldi – işlədi – getdi” prinsipini Rusiyanın miqrasiya siyasətinin əsas formulu adlandırıb:

“Bəli, biz miqarantlara ‘gəldi – işləyib – getdi’ prinsipi ilə yanaşmalıyıq. Yəni hər şey ədalətli olsun: insanlar başqa ölkələrdən gəlirlər, pul qazanırlar, pullarını alıb gedirlər. Burada nə ailələr, nə də kiminsə uşaqlarını oxutmaq lazım deyil”.

Kirill Kabanov 

Kabanov əlavə edib ki, miqrantlara uzunmüddətli perspektivdə arxalanmaq olmaz və Rusiyanın gələcəkdə onların iştirakı ilə bağlı strateji planları yoxdur.

Bu açıqlamalar Kremlin siyasətində faşizm elementlərinin artması deməkdir. Rusiya bütün imkanları ilə çoxmilyonlu miqrant kontingentinə hücum edir. Məqsəd türk-müsəlman kökənli miqrantların Rusiyadan tam qovulmasına əsas yaratmaqdır.

Rusiya Orta Asiya (Türkistan) və Azərbaycandan olan miqrantları Hindistandan, Vyetnamdan və Şimali Koreyadan olan əmək miqrantları kütlələri ilə əvəz etmək planı hazırlayıb. Artıq bununla bağlı proseslər müəyyən ön anlaşmalar səviyyəsinə qədər gəlib. Kremlin qarın ağrısı budur: Rusiyada sürətlə çoxalan türk və müsəlman kütləsini azaltmaq, bu qrupların “demoqrafik hücumu”nu sıfırlama.

Bu baxlmdan, Türküstan və Azərbaycan əmək miqrantlarının geridönüş dalğasına hazır olmalıdır.