Tramp kral qəsrindəki yataq dəstində yatmaqdan imtina etdi

Prezident Donald Tramp və həyat yoldaşı Melaniyanın Böyük Britaniyadakı Vindzor qəsrində gecələməsi üçün ABŞ-dən yataq dəstləri gətirilib.

Sep 17, 2025 - 21:04
Tramp kral qəsrindəki yataq dəstində yatmaqdan imtina etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

Qəzet Trampın kral qəsrindəki yataq dəstində yatmayacağının dəqiq səbəbini göstərməyib.

Sentyabrın 17-də Tramp və Melaniya Kral III Çarlzla görüşmək üçün Vindzor qəsrinə gəliblər. Onları keçiddə Şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton qarşılayıb. Trampı Çarlz və Kraliça Kamillaya müşayiət ediblər.