Sahibə Qafarova amnistiya aktından danışdı 

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsini müzakirə edərək qəbul edib. 

Dec 19, 2025 - 16:14
Sahibə Qafarova amnistiya aktından danışdı 

Deputatlar Prezidentin təşəbbüsü ilə hazırlanmış, min nəfəri əhatə edəcək amnistiya layihəsini yekdilliklə dəstəkləyiblər.

SAVASHMEDİA.az bildirir ki, Milli Məclisin sədri Sahibə Qafarova Amnistiya qərarının layihəsi barədə

çıxış edib. Spiker bildirib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında geniş miqyaslı amnistiya qərarının layihəsini təqdim etməsi dövlətimizin Konstitusiya ilə elan olunmuş insan hüquqlarına hörmət, humanizm və qanunun aliliyi prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir: “”Konstitusiya və Suverenlik İli” kimi əlamətdar dövrdə müzakirəyə çıxarılan bu akt dövlətimizin öz institutlarının möhkəmliyinə və hüquq sisteminin yetkinliyinə inamını əks etdirir.

Əminliklə söyləmək olar ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu yeni tarixi reallıq şəraitində belə bir qərarın qəbul edilməsi ictimai sabitliyin möhkəmlənməsinə, hüquq siyasətinin humanistləşdirilməsinə və Azərbaycan dövlətinin Konstitusiya prinsipləri əsasında inkişafına dəyərli töhfə verəcəkdir”.

Elşad