"Şəhərləri tutmaqda davam edin, mən İrana qayıdıram" - Pəhləvinin yeni MÜRACİƏTİ
İranın sonuncu şahının oğlu Rza Pəhləvi etirazçıları nümayişləri davam etdirməyə və şəhərləri tutmağa çağırıb.
SAVASHMEDİA.az xəbər verir ki, Pəhləvi etirazçılara etdiyi müraciətində etiraz çağırışına cavab verən milyonlarla insanın cəsarətini və dözümlülüyünü alqışlayıb.
O bildirib ki, nümayişlərin miqyası hakim elitanı şoka salıb və təhlükəsizlik aparatının kövrəkliyini üzə çıxarıb.
Pəhləvi qeyd edib ki, hərəkatın növbəti mərhələsi həm küçələrdə davamlı mövcudluğa, həm də iqtisadi təzyiqə yönəlməlidir: "Bu, İslam Respublikasının maliyyə mənbələrinin kəsilməsinə və onun repressiyaları davam etdirmə gücünün qalmamasına səbəb olacaq".
Pəhləvi etirazçıları şənbə və bazar günləri axşam saat 6-dan başlayaraq yenidən küçələrə çıxmağa çağırıb. O, hərəkatın məqsədinin böyük şəhərləri ələ keçirməyə və əldə saxlamağa yönəldilməli olduğunu bəyan edib.
Pəhləvi həmçinin İrana qayıtmağa hazırlaşdığını bildirib və "milli inqilabın" qələbə anını qeyd etdiyi vaxtda İran xalqının yanında olacağına söz verib. O əlavə edib ki, həmin an sürətlə yaxınlaşır.
Səlcuq