Slovakiya və Macarıstan Trampa qulaq asmır - Rusiya ilə alver

Slovakiya və Macarıstan hökumətləri Trampın Rusiya neft-qazından imtina barədə təzyiqinə müqavimət göstərmək niyyətindədir.

Sep 18, 2025 - 14:32
Slovakiya və Macarıstan Trampa qulaq asmır - Rusiya ilə alver

SAVASHMEDİA.az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir. 

İki ölkə artıq siqnal verib ki, Aİ-yə üzv ölkələr kifayət qədər alternativ tədarük tapana qədər ABŞ prezidenti Donald Trampın Rusiya nefti və qazının idxalını azaltması ilə bağlı təzyiqinə müqavimət göstərəcək.

Slovakiyanın iqtisadiyyat naziri Deniza Sakova jurnalistlərə bildirib ki, öncə alternativ marşrutları dəstəkləmək üçün kifayət qədər infrastruktur yaradılmalıdır. 

Macarıstan hökumətinin naziri Gergey Qulyás əlavə edib ki, ölkəsi öz enerji təchizatının təhlükəsizliyinin təhdid edildiyi təqdirdə Aİ-nin təşəbbüslərini rədd edəcək.

Xatirə SADİQ