ABŞ-nin “Qızıl Qübbə” sistemi hazırlanıb
ABŞ-nin Müdafiə Nazirliyi “Qızıl Qübbə” sisteminin işlənib hazırlanması prosesini başa çatdırıb.
SAVASHMEDİA.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə layihənin inkişafına cavabdeh olan kosmik qoşunların generalı Maykl Qyutleyn məlumat verib.
Lakin general onun neçəyə başa gəlməsinə aydınlıq gətirməyib. ABŞ prezidenti Donald Tramp may ayında demişdi ki, layihə 175 milyard dollara başa gələ bilər.
Lakin Konqresin büdcə idarəsi hesab edir ki, xərclər daha yüksək olacaq. İdarə təkcə kosmik tutucu şəbəkəsinin 20 il ərzində dəyərini 542 milyard dollar məbləğində qiymətləndirməklə bu qənaətə gəlib.
İlk dəfə yanvar ayında ABŞ Prezidenti Donald Tramp tərəfindən elan edilən “Qızıl Qübbə” proqramı raketləri aşkar etmək, izləmək və potensial olaraq ələ keçirmək üçün peyklər şəbəkəsi yaratmağa yönəldilib. Layihəyə massiv müşahidə peykləri və hücum peyklərini vuracaq atrıca sonanma daxildir.
Xatirə SADİQ