"Sputnik Azərbaycan"ın əməkdaşları belə saxlanıldı - VİDEO

"Sputnik Azərbaycan"da keçirilən əməliyyat nəticəsində saxlanılan şəxslər binadan çıxarılıblar.

Jun 30, 2025 - 18:04
"Sputnik Azərbaycan"ın əməkdaşları belə saxlanıldı - VİDEO

SAVASHMEDİA.az-in məlumatına görə, onlar hüquq-mühafizə orqanlarının avtomobili ilə ərazidən aparılıb.

Qeyd edək ki, bu gün "Sputnik-Azərbaycan" agentliyinin ofisində əməliyyat keçirilib. Polis ofisi nəzarətə götürüb.

Xatırladaq ki, bir müddət əvvəl "Sputnik-Azərbaycan"ın fəaliyyəti dayandırılmışdı. Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.