"Vensə verdiyi hədiyyə nə idi? O qadını bağışlamayacağam" - Paşinyan
“Erməni soyqırımı muzeyinin direktoru Edita Qzoyan vəzifəsindən azad edilib”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, Qzoyan ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin İrəvana səfəri zamanı ona “Dağlıq Qarabağ tarixi”ndən bəhs edən kitab hədiyyə etdiyinə görə işdən çıxarılıb.
Paşinyan bildirib ki, bunu Ermənistanın xarici siyasət xətti ilə ziddiyyət təşkil edən hərəkət kimi qiymətləndirib:
“Ölkənin Baş naziri Qarabağ hərəkatının mövcud olmadığını bəyan etdiyi halda, xarici qonağa Qarabağ məsələsi ilə bağlı kitab hədiyyə etmək nə deməkdir? Ermənistanda xarici siyasəti hökumət aparır və bu xəttə zidd hərəkət edən istənilən dövlət qulluqçusu işdən çıxarılacaq. Burada müzakirə ediləsi heç nə yoxdur”.
Paşinyan liturgiya zamanı (kilsə ayini)“Artsax” ifadəsini işlədən ruhaniləri də tənqid edib:
“Bu cür ifadələr hökumətin mövqeyi ilə ziddiyyət yaradır. Çünki hökumət həmin ərazinin Azərbaycan ərazisi olduğunu qəbul edir”.
Banu
Fotoda Edita Qzoyan