Xameneinin bu günə planlaşdırılan dəfni TƏXİRƏ SALINDI - Cənazə hələ də İraqdadır

İranın ali rəhbəri Əli Xameneinin dəfn mərasimi ilə bağlı yeni qərar verilib. 

Jul 9, 2026 - 12:53
Jul 9, 2026 - 12:54
Xameneinin bu günə planlaşdırılan dəfni TƏXİRƏ SALINDI - Cənazə hələ də İraqdadır

SAVASHMEDİA.az xəbər verir ki, Məşhəd şəhərində bu gün keçirilməsi planlaşdırılan son vida mərasimi və dəfn prosesi təxirə salınıb.

İran mənbələri qərarın səbəbi kimi İranda və İraqda keçirilən vida mərasimlərinə gözləniləndən daha çox insanın qatılmasını göstəririrlər. Məlumata görə, xüsusilə Nəcəf və Kərbəla şəhərlərində keçirilən yürüşlər zamanı yaranan izdiham səbəbindən tabutun planlaşdırılan qrafik üzrə Məşhədə çatdırılması mümkün olmayıb.

Bununla belə, müstəqil mənbələr dəfn mərasiminin təxirə salınmasını ABŞ-nin bərpa olunan raket hücumları ilə əlaqələndiriblər. Əsl səbəb budur ki, rəsmi Tehran müharibə şəraitində dəfn mərasimi təşkil etməyə risk etmir. 

Qeyd edək ki, rəsmi proqrama əsasən, Əli Xameneinin Məşhəddə, İmam Rza ziyarətgahı ərazisində iyulun 9-da dəfn olunması planlaşdırılmışdı. Dəfn mərasimi bundan əvvəl Tehran və Qum şəhərlərində keçirilən çoxgünlük vida mərasimlərinin yekunu kimi nəzərdə tutulurdu. Lakin sonradan mərasimin qrafikində dəyişiklik edildiyi açıqlanıb.

Oğuz