Yanvar ayının pensiyaları GECİKƏCƏK
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yanvar ayı üzrə pensiyaların veriləcəyi tarix məlum olub.
SAVASHMEDİA.az xəbər verir ki, pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvar ayının 13-də ödəniləcək.
Daha sonra isə qrafikə uyğun olaraq respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.
Xatırladaq ki, 2025-ci ildə əvvəlcədən təyin olunmuş qırafik üzrə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar hər ayın 9-10-u verilirdi. (milli.az)