“Yolları, bankımızı bağlamışdı...” - Pezeşkian Azərbaycandan danışdı

İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla bağlı gözlənilməz açıqlama verib.

Aug 10, 2026 - 00:35
“Yolları, bankımızı bağlamışdı...” - Pezeşkian Azərbaycandan danışdı

SAVASHMEDIA.az xəbər verir ki, Pezeşkian ölkəsinin ABŞ ilə apardığı müharibə zamanı Azərbaycanın İrana göstərdiyi dəstəkdən danışıb. 

O bildirib ki, tərəflər arasında telefon danışığından sonra Azərbaycan bəzi yolları, bank və səfirlik fəaliyyətini qısa müddətdə bərpa edib.

“Azərbaycan bütün yolları, bankımızı bağlamışdı. Telefonla danışdıq, iki saat ərzində yenidən açdılar. Bank da açıldı, səfirlik də açıldı, yol da açıldı. Müharibə zamanı bizə kömək etdilər”, - Pezeşkian deyib.

İran prezidenti bildirib ki, Azərbaycan müharibə zamanı İrana öz ərazisindən istifadə etməyə və Rusiya ilə əlaqələri təmin etməyə kömək edib.

Səlcuq