"Aramızda xain var, məlumat ötürürlər" - “Qalatasaray”ın baş məşqçisi
“Daxildə kluba zərər verən və heyətin sızdırılmasına kömək edən xainlər var”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “Qalatasaray”ın futbol komandasının baş məşqçisi Okan Buruk deyib.
Baş məşqçi bildirib ki, klub daxilindəki xainlər Kaya Temel adlı jurnalistə tez-tez məlumat ötürürlər:
“Media mənsubları olaraq, siz "Qalatasaray"ı yaxından izləyirsiniz, amma oyun heyətlərinin daxildən davamlı olaraq sızdırılması bizi çox narahat edir. Bu prosesdə bəzən hətta uzun müddətdir komandada olmayan Metehan kimi oyunçular da günahlandırılır. Kaya Temel adlı bir jurnalistin daim daxildən məlumat alaraq start heyətimizi sızdırması qəbuledilməzdir. Mən jurnalistikaya hörmət edirəm, amma edilənlər “Qalatasaray”a xəyanətdir. Rəqiblərimiz bu sızdırılan heyətlərə uyğun olaraq hazırlaşır və ədalətsiz üstünlük qazanırlar. Hətta bugünkü kimi proqnozlaşdırılması mümkün olmayan bir heyət belə matçdan əvvəl sızdırıldı".
Okan Buruk həmin xainlərin tapılaraq cəzalandırılacağını qeyd edib:
“Daxildən kimin xəyanət etdiyini, kimin komandanın sirlərini sızdırdığını müəyyən edəcəyik və lazımi tədbirləri görəcəyik. Rəqiblərimizin məlumat əldə etməsinin qarşısını almaq üçün, lazım gəlsə, son məşqlərdə belə əsas heyəti sınamayacağıq”.
Banu