"Bəzi görüşlər oldu və qayıtdı..." - Qurbanovdan Elvin AÇIQLAMASI + VİDEO

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bir müddət əvvəl əsas komandadan uzaqlaşdırılan, bu gün isə yenidən kollektivə qoşulan Elvin Cəfərquliyevin vəziyyətinə aydınlıq gətirib.

Jul 9, 2026 - 23:20
"Bəzi görüşlər oldu və qayıtdı..." - Qurbanovdan Elvin AÇIQLAMASI + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçunun komandaya qayıtdığını təsdiqləyib və məsələnin daxili qaydalar çərçivəsində həll olunduğunu vurğulayıb.

Qurbanov əlavə təfərrüat açıqlamaq istəməsə də, klubda intizam qaydalarının hər kəs üçün eyni olduğunu bildirib:

"Qayıtdı. Məncə geniş məlumat verməyə ehtiyac yoxdur. Bəzi görüşlər oldu. İstəmərik ki, hansısa futbolçumuz belə halla rastlaşsın. Fərqi yoxdur, azərbaycanlı, ya xarici olsun, futboldan kənar qalsın. Qaydalar var, hamı da bu qaydalara əməl etməlidir. Amma lazım olanda sərt reaksiyalar verməyə məcbur oluruq".

Səlcuq