"Bunun bir izahı varmı, vallah belə olmaz" - Natiq Cəfərlidən bahalaşmaya ETİRAZ
Suyun qiymətini qaldırırlar, həm əhali, həm də kommersiya qurumları üçün qiymətlər artacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bunu iqtisadçı ekspert, ReAL partiyasının rəhbəri Natiq Cəfərli bildirib.
Hökumətin iqtisadi siyasətini yanlış adlandıran Cəfərli bahalaşmaya səbəb görmədiyini əlavə edib:
"Özü də bahalaşma demirlər, diferensiallaşdırılma adı ilə bu addımı atmaq istəyirlər. İlin əvvəlində dizel 10% qaldırdılar, indi suyun, sonra işıq və qazın qiymətini artırırlar, sonra da hökumət üzvləri, bəzi deputatlar ciddi sifət alıb, “ölkədə süni qiymət artımı var”, deyirlər.
Ölkədə qiymətləri artıran hökumətdir, aparılan yanlış iqtisadi, sosial, tarif, vergi, gömrük siyasətidir. Dövlətin su, elektrik, qaz paylanması ilə məşğul olan şirkətləri ziyanla işləyirsə, niyə ilk xərcləri azaltmırlar?! Nədən maya dəyərinin şişirdilməsinin qarşısını almırlar?!
Nə səbəbə satınalmalar şəffaf deyil?! Necə ola bilər ki, Dövlət şirkəti ziyanla işləsin, amma, hər birinin rəhbər kadrları bahalı maşınlarda gəzsin, gözəl villalarda, mənzillərdə yaşasınlar, bər-bəzəkli həyat yaşasınlar?! Bunun bir izahı varmı, olacaqmı?!
Olmaz belə, vallah olmaz..."
Oğuz