CHP İmamoğlunu prezidentliyə namizəd elan etdi

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) ehtimal olunan növbədənkənar prezident seçkilərində namizədinin adı bəlli olub.

Mar 24, 2025 - 00:55
CHP İmamoğlunu prezidentliyə namizəd elan etdi

SAVASHMEDİA.az xəbər verir ki, bunu bugünkü etiraz nümayişində CHP sədri Özgür Özəl bəyan edib.

Onun sözlərinə görə, namizədin təsdiqlənməsi üçün keçirilən ilkin seçkidə həbs edilən İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu 14 milyon 800 min səs qazanıb.

Bununla da Türkiyənin Cümhuriyyət Xalq Partiyası Əkrəm İmamoğlunu prezidentliyə namizəd elan edib.

Oğuz