DTX-dən jurnalistlərə XƏBƏRDARLIQ! - FOTO

Azərbaycanda jurnalistlər də kibercinayətkarların hədəfindədir.

Oct 14, 2026 - 17:20
DTX-dən jurnalistlərə XƏBƏRDARLIQ! - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, işbazlar tanınmış şəxsin adından yazaraq guya DTX və ya digər hüquq-mühafizə orqanlarından zəng gələcəyini xəbər verirlər.

Bundan sonra başqa bir şəxs vətəndaşla əlaqə saxlayır, hədə-qorxu gələrək qanunsuz tələblər irəli sürür.

DTX xəbərdarlıq edir!

Bu peşəkar şəkildə qurulmuş kiberdələduzluqdur. Yuxarıda qeyd olunduğu formada mesaj alan şəxs dərhal əlaqəni kəsməli və hüquq-mühafizə orqanlarına xəbər verməlidir.

Sizi aldatmaq istəyirlər, aldanmayın!