Gələn həftə 3 gün iş olmayacaq

Azərbaycanda gələn həftə 4 gün iş olacaq.

May 8, 2026 - 11:55
Gələn həftə 3 gün iş olmayacaq

SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb 9 May – Faşizm Üzərində Qələbə Gününün həftəsonuna təsadüf etməsidir.

 Belə ki, Əmək Məcəlləsinə əsasən, bayram günü şənbə və ya bazar gününə düşdükdə, növbəti iş günü qeyri-iş günü hesab edilir. Bu səbəbdən də bayram tətili 11 maya – bazar ertəsinə keçiriləcək. 

 Nəticədə vətəndaşlar gələn həftə yalnız 4 gün işləyəcəklər.