Heç kim İsrail səfirliyindən bunu gözləmirdi - "Sabah"la bağlı PAYLAŞIMIN FOTOSU
“Sabah” klubu Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel" (Beer-Şeva) klubunu 5:2 hesabı ilə məğlub edərək turnirin liqa mərhələsinə yüksəlib.
SAVASHMEDIA.az xəbər verir ki, qarşılaşmadan sonra İsrailin Azərbaycandakı səfirliyi “Sabah”ı qələbə münasibətilə təbrik edib.
Maraqlıdır ki, həm Azərbaycanda, həm də qardaş Türkiyədə bəzi şəxslər “Sabah”ın qələbəsini sadəcə futbol nəticəsi kimi deyil, az qala “İsrail üzərində qələbə” kimi təqdim edən paylaşımlar ediblər.
Sosial şəbəkələrdə yayılan bəzi qərəzli paylaşım və şərhlərdə qarşılaşmaya idmandan kənar siyasi məna yüklənib.
İsrail səfirliyinin Azərbaycan klubunu təbrik etməsi isə sosial şəbəkələrdəki bu yanaşmalar fonunda daha çox diqqət çəkib.
Aytən
Sözügedən paylaşımın fotosunu təqdim edirik: