İran gözləmə mərhələsində - Taleyini digər ölkələr həll edəcək
Dünya Çempionatının G qrupunda III turun oyunları başa çatıb.
SAVASHMEDİA.az xəbər verir ki, ABŞ-nin Sietl şəhərində yerləşən "Lumen Field" stadionunda keçirilən qarşılaşmada Misir və İran yığmaları 1:1 hesablı heç-heçəyə razılaşıblar.
Misir millisi oyunda hesabı erkən açıb. Komanda 5-ci dəqiqədə Mahmud Sabirin qolu ilə önə keçib. İran isə 11-ci dəqiqədə Mehdi Tareminin yerinə yetirdiyi penaltidən yararlana bilməyib. Lakin üç dəqiqə sonra Ramin Rzaiyanın dəqiq zərbəsi ilə hesab bərabərləşib.
Bu nəticə ilə xallarının sayını 5-ə çatdıran Misir G qrupunu ikinci pillədə tamamlayaraq digər mərhələyə vəsiqə qazanıb. Afrika təmsilçisi növbəti mərhələdə Avstraliya ilə qarşılaşacaq.
Üç xalla qrupu üçüncü sırada başa vuran İran isə ən yaxşı üçüncü yerlərdən biri kimi pley-off mərhələsinə yüksəlmək şansını saxlayıb. Komandanın taleyinə digər qruplarda keçiriləcək oyunların nəticələri aydınlıq gətirəcək.
İran növbəti mərhələyə yüksələcəyi təqdirdə İsveçrə yığması ilə üz-üzə gələcək.
Banu