Kremlə "pirojki" dolu zənbil göndərdilər - Putinin reaksiyası + VİDEO

Lyubertsı vilayətindəki “Maşenka” çörək evinin sahibi Denis Maksimov Rusiya Prezidenti Vladimir Putinə maraqlı hədiyyə edib.

Dec 21, 2025 - 23:04
Dec 21, 2025 - 23:27
Kremlə "pirojki" dolu zənbil göndərdilər - Putinin reaksiyası + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, sahibkar Putinə “pirojki” və piroq göndərib.

Qızı Maşanın şərəfinə çörək evini "Maşenka" adlandıran iş adamı Maksimov Putinə göndərdiyi zənbildə nələrin olduğunu sadalayıb.

Həmin məmulatlar kələmli, kartoflu, soğanlı və yumurtalı “pirojki”, təzə çiyələk və albalı ilə hazırlanmış kökə, pendirli piroqlar və mürəbbə olub. 

Putin hədiyyəni qəbul edib, Denis Maksimova təşəkkürünü bildirib və onun qarşıdan gələn Yeni ilini təbrik edib.

Oğuz