Liviyalı generalın təyyarəsini Türkiyə qəzaya salıb? - İsraildən İTTİHAM  

İsrail Liviya Baş Qərargah rəisinin həyatını itirdiyi təyyarə qəzasına görə Türkiyəni günahlandırıb.

Dec 25, 2025 - 21:23
Liviyalı generalın təyyarəsini Türkiyə qəzaya salıb? - İsraildən İTTİHAM  

SAVASHMEDİA.az xəbər verir ki, İsrailin iqtidara yaxın media qurumları qəzanın Türkiyənin təxribatı nəticəsində baş verdiyini iddia edib.  

Səbəb kimi isə Liviyadakı daxili hakimiyyət mübarizəsini göstərib:

“İkihakimiyyətliliyin hökm sürdüyü Liviyada Milli Birlik Hökumətinin Baş Qərargah rəisi Əl- Hədad Türkiyədən uzaqlaşaraq Yunanıstana meyil edirdi. Buna görə də Türkiyə güvənə biləcəyi bir müttəfiqə yol açmaq üçün generalı (Əl- Hədad-red)  və nümayəndə heyətini təxribatla aradan götürdü”.

Mətbuat bu iddiasını gücləndirmək üçün “Təyyarədə bir nəfər belə türk olmayıb” fikrini ortaya atıb. Həmçinin “niyə bu qəzanı sadəcə Türkiyə araşdırır?” sualını verib.

Xatırladaq ki, Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli əl-Həddadın və nümayəndə heyətinin göyərtəsində olduğu "Falcon 50" təyyarəsi dekabrın 23-də axşam saatlarında Ankara Esenboğa hava limanından Tripoliyə getmək üçün havaya qalxıb. Haymana yaxınlığında təyyarədən təcili eniş tələbi alınıb, lakin sonradan təyyarə ilə əlaqə kəsilib. Bir neçə saat sonra qəzaya düşən təyyarənin qalıqları tapılıb. Qəzadan sağ çıxan olmayıb.

Banu