Ramzan Kadırov Qroznıdakı tədbirə buraxılmadı - Bakı belə istəyib + FOTOLAR
Çeçenistan rəhbəri Ramzan Kadırovun Qroznıda AZAL təyyarəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin açılışında iştirak etməməsi müzakirələrə səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, Rusiyanın nüfuzlu Teleqram kanalları bunu Ramzan Kadırovun sözügedən tədbirdə iştirakına qoyulmuş qadağa ilə izah ediblər.
Xatırladaq ki, mərasimdə ölkəmizin Rusiyadakı diplomatik nümayəndəliyinin rəhbəri Rəhman Mustafayev, AZAL-ın prezidenti Samir Rzayev, Çeçenistan rəhbəri administrasiyasının rəhbəri Qalas Taymasxanov, respublikanın hökumət və parlament nümayəndələri, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Mənbələr Ramzan Kadırovun həmin tədbirdə görünməməsinin Bakı ilə Moskva arasındakı razılaşmanın nəticəsi olduğunu iddia ediblər.
Oğuz